- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona"nın müdafiəçisi Jül Kunde komandanın baş məşqçisi Xavi və fanatlarının tənqidlərinə cavab verib.
90deqiqe.az-ın məlumatına görə, fransalı futbolçu bu mövsüm uğursuz çıxışında Kataloniya komandasının futbolçularını günahlandırıb.
"Bu mövsüm bizdə intensivlik çatışmır. Nəticələrə görə nə qədər istəsən, məşqçini günahlandıra bilərsən, amma əsl günahkar futbolçuların özləridir. Məsuliyyət bizim üzərimizdədir, çünki biz meydandayıq".
“Barselona” İspaniya çempionatının 19 turunda 41 xal toplayıb. Xavinin komandası turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Xatırladaq ki, yanvarın 14-də İspaniya Superkubokunun finalında Kataloniya “Barselona”sı məğlub olub.
25 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.O, bu mövsüm komandanın heyətinə 24 matçda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.