27 iyul 2024. Şənbə

La Liqa klubunda baş məşqçi dəyişikliyi

İspaniyanın “Kadis” klubu Moskva “Spartak”ının baş məşqçisi Gilyermo Abaskalın xidmətində maraqlıdır.


La Liqa klubunda baş məşqçi dəyişikliyi

İspaniyanın “Kadis” klubu Moskva “Spartak”ının baş məşqçisi Gilyermo Abaskalın xidmətində maraqlıdır.

90deqiqe.az "ElDesmarque" nəşrinə istinadən xəbər verir ki, buna səbəb La Liqa klubunun rəhbərliyi hazırkı baş məşqçi Serxio Qonzalesin işindən narazı olması olub.Serxio istefaya göndəriləcəyi təqdirdə dərhal onun yerinə başqanı tapmaq istəyir. İspaniya klubunun idarə heyəti hesab edir ki, komandaya sistemə daxildən bələd olan yerli mütəxəssis rəhbərlik etməlidir ki, yeni məşqçinin komandaya inteqrasiyası üçün lazım olan vaxt minimal olsun.

Xatırladaq ki, Abaskal uzun müddət vətəni İspaniyada çalışıb. 2018/2019 mövsümündə "Kadis"də texniki katibin müavini vəzifəsini tutub. Belə ki, mütəxəssisin artıq klubda iş təcrübəsi var.

Rusiya Premyer Liqasının cari mövsümünün birinci hissəsini başa vuran “Spartak” 30 xal toplayıb və beşinci yerdə qərarlaşıb.

34 yaşlı mütəxəssisin rəhbərliyi altında Moskva təmsilçisi 25 matça çıxıb.Onun bu görüşlərdən 13-də qələbə qazanıb, 3-də heç-heçə edib və 9-da isə məğlubiyyətə üzülüb.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda