8 sentyabr 2024. Bazar günü

Arda Gülər ​​bu dəfə üsyan etdi - VİDEO

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Almeriya" ilə matçda Arda Güləri meydana buraxmaması onun tərəfindən qəzəblə qarşılanıb.


Arda Gülər ​​bu dəfə üsyan etdi - VİDEO

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Almeriya" ilə matçda Arda Güləri meydana buraxmaması onun tərəfindən qəzəblə qarşılanıb.

90deqiqe xəbər verir ki,  "Real" İspaniya La Liqasının 21-ci həftəsində 2-0 geridə olduğu matçda 90+9-cu dəqiqədə vurduğu qolla "Almeriya"nı 3-2 hesabı ilə məğlub edib. Uzun müddət zədəli olan türk futbolçu ​​matça ehtiyat oyunçular skamyasında başlayıb.


Madrid klubunun baş məşqçisi Karlo Ançelotti matçdan əvvəl verdiyi açıqlamada Ardaya vaxt verəcəyinə işarə etsə də, qarşılaşma çətinləşdiyi üçün gənc futbolçu ehtiyat oyunçular skamyasını tərk etməyib.

Ançelotti matç zamanı Arda Güləri isinmə hərəkətinə göndərsə də, onu oyuna çıxarmayıb. "Kral klubu" 5 futbolçunu dəyişmək hüququndan istifadə etdikdən sonra Arda htiyat oyunçular skamyasına yönəlib və isinmə zamanı geyindiyi jileti yerə atıb.

Qeyd edək ki, türk futbolçunun "Real"la müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Gülər uzunmüddətli zədə səbəbindən bu mövsüm sadəcə 2 matçda iştirak edib.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq