27 iyul 2024. Şənbə

"Real"da yeni müqavilə

"Real Madrid" müdafiəçisi Eder Militao ilə yeni müqavilə imzalayıb. 


"Real"da yeni müqavilə

"Real Madrid" müdafiəçisi Eder Militao ilə yeni müqavilə imzalayıb. 

90deqiqe.az xəbər verir ki, 26 yaşlı futbolçu Madrid klubu ilə müddəti 2028-ci ilə qədər olan yeni sözləşməyə qol çəkib . Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı müdafiəçi 2019-cu ildə “Porto”dan “Kral klubuna” keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 143 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Militao  La Liqa nəhəngində doqquz titul qazandı: bir Çempionlar Liqası, bir Avropa Superkuboku, bir Klublararası Dünya Kuboku, iki La Liqa, bir Kral Kuboku və üç İspaniya Super Kuboku.

Xatırladaq ki, braziliyalı futbolçu mövsümün əvvəlində əziyyət çəkdiyi çarpaz bağın yırtılmasından sonra hazırda reabilitasiya kursu keçir.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda