- İspaniya L.L.
- 23:14 16.12.2025
"Barselona”nın baş məşqçisi Xavi komandanın müdafiəçiləri Joao Kanselo və Andreas Kristensenin hazırkı durumu ilə bağlı açıqlama verib.
90deqiqe.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispan çalışdırıcı
“"Onların vəziyyəti yaxşıdı və hər ikisinə çoxlu dəqiqələr veriləcək. Onlar özlərini yaxşı hiss edirlər. João indi demək olar ki, heç bir narahatlıq hiss etmir. Andreas Axillesində ciddi narahatlıq keçirirdi, amma indi yaxşıdır,"
Xatırladaq ki, portuqaliyalı yanvarın 5-də İspaniya çempionatının 19-cu turunun “Las Palmas”la oyununda (2:1) sol dizinin daxili girov bağı burxulub, danimarkalı futbolçu isə 21-ci tur Betis ilə (4:2) matçda sıradan çıxıb.
Kanselo 2023-cü ilin sentyabrında icarə əsasında "Mançester Siti"dən "Barselona"ya keçib. Klubla müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt müdafiəçini 40 milyon avro qiymətləndirir.Bu mövsüm portuqaliyalı 22 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib.
Bu mövsüm Kristensen bütün turnirlərdə 22 matçda iştirak edib və bir məhsuldar ötürmə edib. Müdafiəçinin Kataloniya klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.