8 sentyabr 2024. Bazar günü

"Messi və Ronaldodan sonra Mbappe və Bellinqhem hər şeydə mübarizə aparacaqlar"

"Real"ın keçmiş baş məşqçisi Fabio Kapello PSJ-nin hücumçusu Kilian Mbappe və Los Blankosun yarımmüdafiəçisi Jude Bellinqhemi haqqında fikirlərini bölüşüb.


"Messi və Ronaldodan sonra Mbappe və Bellinqhem hər şeydə mübarizə aparacaqlar"

"Real"ın keçmiş baş məşqçisi Fabio Kapello PSJ-nin hücumçusu Kilian Mbappe və Los Blankosun yarımmüdafiəçisi Jude Bellinqhemi haqqında fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, 77 yaşlı keçmiş mütəxəssis adıçəkilən oyunçuların yaxın gələcəkdə ən yaxşı fərdi mükafatlar uğrunda mübarizə aparacaq iki oyunçu olduğunu bildirib.

"Məncə, Messi və Ronaldo kimi bir-birinə qarşı mübarizə aparan iki ən yaxşı oyunçu Mbappe və Bellinqemdir. Haaland? Fakt budur ki, Jude və Kilian daha çox texnikalı oyunçulardır. Norveçli inanılmaz hücumçu, əsl canavardır. lakin Mbappe və Bellinqhemdə hər şey var.Haaland hazırda dünyanın ən yaxşı “doqquzluğu”dur”, - deyə “Marca” Kapellonun sözlərindən sitat gətirib.

Qeyd edək ki, 2018-ci ildən Paris klubunda top qovan forvard bu mövsüm bütün yarışlar daxil olmaqla 25 matçda iştirak edib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əlavə edək ki, 20 yaşlı futbolçu 2023-cü ilin yayında Dortmund "Borussiya"sından "Real"a keçib.Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm "kral klubu"nun heyətində 25 matçda iştirak edib, 17  qol vurub və 7 məhsuldar ötürmə edib.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq