8 sentyabr 2024. Bazar günü

Xavinin gələcəyi onlardan asılıdır - Arauxo

"Barselona"nın müdafiəçisi Ronald Arauxo Kral Kubokunda "Atletik"lə oyunda məğlubiyyətdən sonra baş məşqçi Xavinin gələcəyi ilə bağlı açıqlama verib.


Xavinin gələcəyi onlardan asılıdır - Arauxo

"Barselona"nın müdafiəçisi Ronald Arauxo Kral Kubokunda "Atletik"lə oyunda məğlubiyyətdən sonra baş məşqçi Xavinin gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, uruqvaylı oyunçu bu qərarın yalnız klub rəhbərlərindən aslı olduğunu bildirib.

“Mən bu komanda ilə fəxr edirəm. Çoxlu gənc futbolçu ilə oynayaraq sona qədər mübarizə apardıq.Xavinin gələcəyi klub rəhbərlərindən asılıdır. Biz qarışa bilmərik. Düzdür, məşqçidən çox razıyıq. O, bizə çox kömək etdi və biz onun qalmasını istəyirik”, - deyə Arauxo söyləyib.

Xatırladaq ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Xavinin komandası əlavə vaxtda iki dəfə qol buraxaraq turnirdəki iştirakını başa vurub. Qeyd edək ki, Kataloniya klubu İspaniya kubokunda qələbə sayına (31) görə rekordçudur.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq