23 oktyabr 2024. Çərşənbə

"Barselona"da ciddi itki

"Barselona"nın  sol cinah müdafiəçisi Aleks Balde mövsümün qalan hissəsini buraxmaq riski ilə üzləşib.


"Barselona"da ciddi itki

"Barselona"nın  sol cinah müdafiəçisi Aleks Balde mövsümün qalan hissəsini buraxmaq riski ilə üzləşib.

90deqiqe.az  “Marca”ya istinadən xəbər verir ki, ispan oyunçu sağ ayağının iki başlı bud əzələsini zədələyib. Hazırda Kataloniya klubunun tibbi qərargahı cərrahi müdaxilənin məqsədəuyğunluğunu nəzərdən keçirir. Əməliyyat aparılarsa, müdafiəçi təxminən 4 ay yaşıl meydanlardan uzaq qala bilər. Bu isə Baldenin mövsümün qalan hissəsini buraxmaqla yanaşı, iyunda başlayacaq Avropa çempionatına getməmək riski ilə üzləşməsi deməkdir.

Qeyd edək ki, 20 yaşlı futbolçu "Atletik"lə İspaniya kubokunun 1/4 final mərhələsinin son oyunun (4:2) ilk yarısında ombasından zədələnmişdi və oyunçu  23-cü dəqiqədə 17 yaşlı müdafiəçi Hektor Fortla məcburi əvəzlənmişdi.

Əlavə edək ki, Baldenin katalonlarla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm komandanın heyətində 28 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı