27 iyul 2024. Şənbə

"Morata haqsız olaraq tənqid edilirdi" - David Villa

"Atletiko Madrid"in keçmiş hücumçusu David Villa "matrasçılar"ın hazırkı hücumçusu Alvaro Morata haqqında fikirlərini bölüşüb.


"Morata haqsız olaraq tənqid edilirdi" - David Villa

"Atletiko Madrid"in keçmiş hücumçusu David Villa "matrasçılar"ın hazırkı hücumçusu Alvaro Morata haqqında fikirlərini bölüşüb.

90deqiqe.az “AS”a istinadən xəbər verir ki, 42 yaşlı sabiq futbolçu Moratanın möhtəşəm futbolçu olduğunu bildirib.

“Mən onun üçün çox xoşbəxtəm, çünki Morata əla oğlandır və mən onu şəxsən tanıyıram. O, möhtəşəm futbolçudur. Mən polemikaya girməyi sevmirəm, amma düşünürəm ki, o, tez-tez haqsız və ya həddindən artıq tənqid olunurdu. Ona görə də onun və keçirdiyi mövsüm üçün çox şadam. Ümid edirəm ki, o, bu yaxşı seriyasını davam etdirəcək  "Atletiko" və milli komanda üçün daha çox qol vuracaq”


Xatırladaq ki, bu mövsüm Morata bütün turnirlərdə 29 matçda iştirak edib, 19 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda