17 dekabr 2025. Çərşənbə

"Barselona"nın futbolçusu əməliyyat olunacaq

"Barselona"nın müdafiəçisi Aleks Balde əməliyyat olunacaq.


"Barselona"nın futbolçusu əməliyyat olunacaq

"Barselona"nın müdafiəçisi Aleks Balde əməliyyat olunacaq.

90deqiqe.az xəbər verir ki, ispan futbolçu bu səbəbdən mövsümün qalan hissəsini buraxacaq. Bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Balde yaxın günlərdə Finlandiyada həkim Lampinen tərəfindən əməliyyat olunacaq, bunu Barselona da təsdiqləyir”, - deyə, Romano qeyd edib.

Xatırladaq ki, 20 yaşlı Aleks Balde İspaniya kubokunun 1/4 finalında "Atletik Bilbao" ilə matçda (4:2) zədələnmişdi.

İspaniya Primerasının cari mövsümündə Balde 18 oyun keçirib və bir məhsuldar ötürmə edib. Onun İspaniya Superkubokunda iki, Çempionlar Liqasında isə altı oyunu var. Müdafiəçi İspaniya kubokunun iki oyununda 1 qol vurub.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə