23 oktyabr 2024. Çərşənbə

Valverde futbolçusuna qarşı irqçi hərəkət edənlərə cavab verdi

"Atletik"in baş məşqçisi Ernesto Valverde azarkeşlərin sosial şəbəkələrdə komandanın yeni müdafiəçisi Adam Boironu irqçilik zəminində təhqir etməyə başlaması ilə bağlı açıqlama verib.

90deqiqe.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 59 yaşlı çalışdırıcı insanlar arasında mədəniyyətin olmamasından təəssüfləndiyini bildirib.

“Deməyə sözüm yoxdur, amma insanlar arasında mədəniyyətin olmamasından təəssüflənirəm. Ancaq hər gün peşman ola bilərsiniz, çünki bu cür şərhlər daim görünür.Bu, peşəkar futbolda baş verənlərə bənzəyir. Qalib gələndə bütün dünya səni dəstəkləyir və yaxşı olduğunu deyir lakin uduzan zaman istənilən sosial şəbəkədə təhqir olunmağa başlayırsınız. Sosial şəbəkələrdə bu cür irqçi şərhlər yazmaq, yaşadığımız dünyanı anlamamaq deməkdir”

Xatırladaq ki, Boiro bu il yanvarın 24-də "Atletik"in oyunçusu olub. 21 yaşlı futbolçu La Liqa klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı