27 iyul 2024. Şənbə

"Barselona" onunla yola davam etməyəcək

"Barselona" rəhbərliyi yarımmüdafiəçisi Serxi Roberto ilə bu mövsümün sonuna qədər qüvvədə olan müqaviləni yeniləmək niyyətində deyil.


"Barselona" onunla yola davam etməyəcək

"Barselona" rəhbərliyi yarımmüdafiəçisi Serxi Roberto ilə bu mövsümün sonuna qədər qüvvədə olan müqaviləni yeniləmək niyyətində deyil.

90deqiqe.az "AS "a istinadən xəbər verir ki, katalonların 31 yaşlı  futbolçuya daha bir il müddətinə yeni müqavilə təklif etməyə hazırlaşırdı, çünki bu təşəbbüsü komandanınn baş məşqçisi Xavi israrlıydı. Lakin ispaniyalı mütəxəssis cari mövsümün sonunda “Barselona”dan ayrılmaq qərarına gəldiyi üçün Kataloniya klubunun rəhbərləri Roberto ilə əmək müqaviləsinin uzadılmasını məqsədəuyğun hesab etmirlər.

Xatırladaq ki, Xavi dünən, yanvarın 27-də “Blauqrana”nı tərk etmək qərarını açıqlamışdı.

Roberto 2006-cı ildən "Nastik" klubundan "Barselona"ya keçib və komandanın B təmsilçisində uzunmüddət çıxış edib.İspan oyunçu 2013-cü ildən isə katalonların əsas heyətində çıxış etməyə başlayıb.Bu müddət ərzində o, "Barsa"nın heyətində 363 matçda iştirak edib, 19 qol vurub, 41 məhsuldar ötürmə edib. Onun müqaviləsi bu ilin yayında başa çatır







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda