8 sentyabr 2024. Bazar günü

"Kim "Barsa"nın baş məşqçisi olmaq istəməz ki?" - Markes

"Barselona Atletik"in baş məşqçisi Rafael Markes yayda Xavinin gedişindən sonra özünü klubun əsas komandasına rəhbərlik etməyə hazır hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.


"Kim "Barsa"nın baş məşqçisi olmaq istəməz ki?" - Markes

"Barselona Atletik"in baş məşqçisi Rafael Markes yayda Xavinin gedişindən sonra özünü klubun əsas komandasına rəhbərlik etməyə hazır hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.az xəbər verir ki, meksikalı mütəxəssis təklif gələcəyi təqdirdə qəbul edəcəyini bildirib.

"Kim "Barsa"nın baş məşqçisi olmaq istəməz ki? Hazırlığıma davam edəcəyəm, bu mənim məşqçi kimi yalnız ikinci mövsümümdür. Direktorlar şurasının çempionatın sonuna qədər diqqətlə düşünməyə vaxtı olacaq. Bu fürsətdən imtina edə bilməzsiniz."

Xatırladaq ki, İspaniya La Liqasında dünən "Vilyarreal"a məğlubiyyətdən (3:5) sonra Xavi bu mövsümün sonunda "Barselona"nın baş məşqçisi postundan istefa verdiyini açıqlamışdı.

Mütəxəssis 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya klubu iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.

44 yaşlı Markes isə 2022-ci ilin yayından "Barselona Atletik"in "sükanı arxasına" gətirilib. Onun müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub.Markesin rəhbərliyi altında komanda 21 matça çıxıb, bunlardan 10-da qələbə, 4-də heç-heçə və 7-də məğlub olub.

 "Barselona" hazırda 44 xalla 3-cü yerdədir.

Lider "Real Madrid"dən 10 xal geri qalan "Barselona" üçüncü, ikinci pillədəki "Jirona"dan 8 xal geri qalır.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq