- İspaniya L.L.
- 02:42 15.12.2025
Bu mövsüm "Barselona"da icarə əsasında çıxış edən cinah oyunçusu João Feliks sıradan çıxıb.
90deqiqe.az xəbər verir ki, portuqaliyalı futbolçu məşqi zamanı sağ topuğunun xarici yanal bağından zədə alıb. Bu səbəbdən Feliks, dörd həftə yaşıl meydanlardan uzaq qalacaq.
24 yaşlı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə fevralın 21-də baş tutacaq ilk oyununda iştirak edə bilməyəcəyi gözlənilir.
Xatırladaq ki, bu mövsüm Feliks bütün turnirlərdə 28 matçda iştirak edib, o, 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun "Atletiko" ilə hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.