- İspaniya L.L.
- 02:42 15.12.2025
La Liqanın prezidenti Xavyer Tebas ümumavropa Superliqası layihəsinin uğurla inkişaf edəcəyi təqdirdə istefa verəcəyini və bunun səbəbləri ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, funksioner adıçəkilən layihənin davam edilməsi futbolda iqtisadi problemlər yarada biləcəyini bildirib.
“Super Liqa layihəsi davam edərsə, istefa verəcəm. Bu halda gedərdim, çünki İspaniya futbolu dəhşətli iqtisadi problemlə üzləşəcəkdi. Qısa müddətdə gəlir iki dəfə azalacaq. Bizi çöküşə və fəlakətə aparacaq şeyi davam etdirə bilmərəm. 53 min peşəkar futbolçu var və çoxlu ailələr bununla dolanır. 40 ildir yaratdığımız bütün bu uğur ekosistemi dağılacaq”, – Tebasın sözlərini "El Mundo" sitat gətirir.
Bundan əvvəl Avropa Superliqası layihəsinin - istənilən Avropa çempionatının klublarının iştirak edə biləcəyi yarışın yenidən yaradılacağı açıqlanmışdı. Dekabrda Avropa İttifaqının Ədalət Məhkəməsi FİFA və UEFA-nın yarışda monopoliyaya malik olmadığı barədə qərar çıxarıb.