17 dekabr 2025. Çərşənbə

"2023-cü ildə qığılcımımın söndüyü an oldu"

"Barselona"nın hücumçusu Robert Levandovski ötən il yaşadığı problemlərlə bağlı açıqlama verib.


"2023-cü ildə qığılcımımın söndüyü an oldu"

"Barselona"nın hücumçusu Robert Levandovski ötən il yaşadığı problemlərlə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, polşalı futbolçu ötən il özünün zəif hiss etdiyini "Foot Truck YouTube" kanalına müsahibəsində deyib.

"2023-cü ildə elə an oldu ki, özümü təkcə zehni deyil, həm də fiziki cəhətdən zəif hiss edirdim. Hər şey pis və mənfi bir anda bir araya gəldi. Hər şey yığılıb.Təbii ki, mənim də səhvlərim olub. Bir növ cərəyana düşdüm və ondan çıxmağım, normal həyata qayıtmağım uzun sürdü. Futbolda bunu bir-iki həftəyə etmək o qədər də asan deyil.

Həmin müddətdə asudə vaxtlarımda fiziki testlər və şəxsi məşq etdim və yaxşı göründüyüm üzə çıxdı. Bu da mənə bir çox suallara cavab verdi. Mən özümü fiziki olaraq irəliyə doğru gedirəm, hətta klubda da görürəm.

Geriyə baxa bilərəm. Bu mənim üçün bir göstəricidir, qarşıda hələ yaxşı vaxtların olduğunu göstərir, amma 2023-cü ildə qığılcımın söndüyü bir məqam var idi."

Qeyd edək ki, 35 yaşlı futbolçu 2022-ci ilin yayında "Bavariya"dan "Barselona"ya keçib.Levandovskinin katoniyalılarla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.O, bu mövsüm komandanın heyətində 30  matçda iştirak edib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə