- İspaniya L.L.
- 02:42 15.12.2025
"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Xavi ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, funksioner, ispan çalışdırıcını istefaya göndərmək fikrində olmadığını bildirib.
"Mənə ən yaxşı işin ayrılmaq olduğunu, istefa verdiyini və müqaviləsinin qalan ilindən imtina etdiyini söylədi. Bunu o qədər inamla dedi ki, biz onu dinləməyə məcbur olduq. Mən ona dedim ki, əgər onu qalmağa razı salsaq, davam edəcəyik, amma o, onun üzərində çox təzyiq olduğunu söylədi. Mövsümün ilk yarısında komandanı Çempionlar Liqasına çıxardı, keçən il liqa və Superkuboku qazandı və bu mövsüm hamımız heyəti yaxşılaşdırdığımıza əmin olanda hər şey yolunda idi. Onu işdən çıxarmaq barədə heç vaxt düşünməmişəm."
Mütəxəssis 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya klubu iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.