8 sentyabr 2024. Bazar günü

Kapitan "Real"la derbi öncəsi gələcəyindən danışdı

"Atletiko Madrid"in kapitanı Koke La Liqanın 23-cü turunda "Real"la derbi öncəsi  komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.


Kapitan "Real"la derbi öncəsi gələcəyindən danışdı

"Atletiko Madrid"in kapitanı Koke La Liqanın 23-cü turunda "Real"la derbi öncəsi  komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.az xəbər verir ki, ispan futbolçu hazırda bunu düşünmədiyini və bütün diqqətini bu mövsümə köklədiyini bildirib.

“Bu mövsüm mənim burada sonuncum ola bilərmi? Mən bilmirəm. Bu yaxşı sualdır. Amma indi yalnız "Real Madrid"lə qarşıdakı oyunu düşünürəm. Zamanı gələndə müqaviləmi uzatmağı müzakirə edəcəyik”, – Movistar Kokenin sözlərindən sitat gətirir.


Qeyd edək ki, ispan yarımmüdafiəçi hələlik klubla müqavilənin uzadılması ilə bağlı razılığa gəlməyib. Hazırkı müqavilənin müddəti iyunun 30-da başa çatır.

32 yaşlı futbolçu karyerası boyu “Atletiko”da çıxış edib. Koke 2009-cu ildə əsas komandada debütündən bəri bütün yarışlarda "matrasçılar" üçün 600-dən çox oyuna çıxıb.

Bütün turnirlərdə “matrasçılar”ın əsas heyətində Koke 47 qol vurub və 114 məhsuldar ötürmə verib. İspaniyalı yarımmüdafiəçi ötürmələrin sayına görə klub tarixində liderdir.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq