19 yanvar 2025. Bazar günü

"Heç bir məşqçi ilə danışıq aparmırıq"

"Barselona"nın idman direktoru Deko komandanın baş məşqçisi kimi Xavinin əvəzləyicisi axtarışı ilə bağlı açıqlama verib.


"Heç bir məşqçi ilə danışıq aparmırıq"

"Barselona"nın idman direktoru Deko komandanın baş məşqçisi kimi Xavinin əvəzləyicisi axtarışı ilə bağlı açıqlama verib.

90deqiqe.az-ın məlumatına görə, o, hazırda heç bir məşqçi ilə danışıqlar aparmadığını bildirib.

“Hazırda heç bir məşqçi ilə danışmamışıq. Kim gəlirsə, öz peşəsi ilə məşğul olmalı, iddialı olmalı, böyük nailiyyətlər əldə etmək istəyi olmalıdır.Motta? Mən onun işlərini çox da izləmirəm. Mən Markesi izləyirəm. Bu, çətinlikləri dəf edərək böyüyən gənc məşqçidir. Burada qalmaq onu daha da yaxşılaşdıracaq"

Yanvarın 28-də İspaniya çempionatının 22-ci turunda “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra Xavi 2023/2024 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb.

44 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında Kataloniya klubunu çalışdıracaq. Onun rəhbərliyi altında "Barselona" İspaniya çempionatını (2022/2023) və İspaniya Superkubokunu (2022/2023) qazanıb.







İspaniya L.L.

"Atletiko" səfərdə uduzdu
  • İspaniya L.L.
  • 22:43 18.01.2025
"Atletiko" səfərdə uduzdu
Diaz üçün 70 milyon avroluq təklif
  • İspaniya L.L.
  • 20:48 17.01.2025
Diaz üçün 70 milyon avroluq təklif
"Daha çox oynayacağımı gözləmirdim"
  • İspaniya L.L.
  • 16:10 17.01.2025
"Daha çox oynayacağımı gözləmirdim"
"Real" fransalını itirdi
  • İspaniya L.L.
  • 15:24 17.01.2025
"Real" fransalını itirdi