- İspaniya L.L.
- 13:07 05.02.2025
"Real"ın və İspaniya millisinin sabiq qapıçısı Migel Anxel 77 yaşında vəfat edib.
90deqiqe.az xəbər verir ki, Anxel 1967-1986-cı illərdə "Real Madrid"də oynayıb, Los Blancos ilə birlikdə 8 dəfə İspaniya çempionu olub və 5 dəfə ölkə kubokunu qazanıb. 1985-ci ildə Migel Madrid klubunun tərkibində UEFA Kubokunu qazandı. 1975-ci ildən 1982-ci ilə qədər Anxel İspaniya millisində çıxış edib; qapıçı milli komandada 18 oyunda iştirak edib və iki dünya çempionatında oynayıb: 1978 Dünya Kuboku və 1982 Dünya Kuboku.
Futbolçu kimi peşəkar karyerasını bitirdikdən sonra Migel Anxel Los Blankosun əsas komandasının nümayəndəsi kimi çıxış edib və qapıçılar üzrə məşqçi olub.