15 may 2026. Cümə

"Atletiko"nun baş direktoru UEFA İcraiyyə Komitəsində Rummeniggeni əvəzləyəcək

"Atletiko Madrid"in baş direktoru Migel Anxel Gil Marin UEFA İcraiyyə Komitəsində "Bavariya"nın keçmiş prezidenti Karl-Haynts Rummeniggeni əvəzləyəcək.


"Atletiko"nun baş direktoru UEFA İcraiyyə Komitəsində Rummeniggeni əvəzləyəcək

"Atletiko Madrid"in baş direktoru Migel Anxel Gil Marin UEFA İcraiyyə Komitəsində "Bavariya"nın keçmiş prezidenti Karl-Haynts Rummeniggeni əvəzləyəcək.

90deqiqe.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb alman funksionerin bu vəzifəsindən istefa verməsidir.

Rummenigge 2015-ci ilin payızında UEFA-da strateji məsləhətçi və idarə heyətinin üzvü kimi fəaliyyətə başlayıb. 2017-ci ilin payızında o, idarə heyətinin üzvü olmağı dayandırdı, lakin 2021-ci ilin aprelində bu vəzifəyə qayıtdı. Bundan əlavə, Karl-Haynts 2022-ci ilin dekabrından Almaniya millisinin idarə heyətinin müşaviri, 2023-cü ilin mayından isə “Bavariya”da müşahidə şurasının üzvüdür. 2002-2021-ci illərdə funksioner Münhen komandasının idarə heyətinin sədri vəzifəsində çalışıb.


Migel Anxel Gil Marin 1993-cü ildən "Atletiko Madrid"də biznes meneceri kimi çalışır. Daha sonra ispaniyalı 2002-ci ilin fevralında icraçı direktor vəzifəsinə təyin edilib, 2004-cü ilin mayında isə Madridlilərin sahibi olub.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı