23 oktyabr 2024. Çərşənbə

Qrinvud "Atletiko"nun hədəfində

"Xetafe"nin hücumçusu Meyson Qrinvud karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.


Qrinvud "Atletiko"nun hədəfində

"Xetafe"nin hücumçusu Meyson Qrinvud karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

90deqiqe.az "The Telegraph"a istinadən xəbər verir ki, ingilis oyunçu  Madrid klubunun yay transfer pəncərəsi üçün namizədlər siyahısına düşüb.

Xatırladaq ki, Qrinvud "Mançester Yunayted"in futbolçusudur və ötən ilin sentyabrında icarə əsasında "Xetafe"yə keçib. İspan klubuna qoşulmazdan əvvəl ingilis futbolçu zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox meydandan kənarda qalmışdı.

Bu mövsüm Meyson İspaniya klubunun heyətində bütün yarışlarda 22 oyun keçirib və bu matçlarda 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Eyni zamanda, Transfermarkt internet portalının məlumatına görə, 22 yaşlı forvardın bazar dəyəri 7,5 milyon avrodur.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı