17 dekabr 2025. Çərşənbə

"Barselona"nın prezidenti Kloppla görüşəcək

İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta yaxın həftələrdə "Liverpul"un baş məşqçisi Yurgen Klopp ilə görüşməyi planlaşdırır.


"Barselona"nın prezidenti Kloppla görüşəcək

İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta yaxın həftələrdə "Liverpul"un baş məşqçisi Yurgen Klopp ilə görüşməyi planlaşdırır.

90deqiqe.az xəbər verir ki,  Klopp mövsümün sonunda "Liverpul"dan ayrılacağını elan etdikdən sonra fasilə vermək istədiyini açıq şəkildə bildirməsinə baxmayaraq, Laporta yaxın həftələrdə alman mütəxəssislə görüşmək niyyətindədir. Bundan əlavə, funksioner Klopp və ya "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanı gətirməyi xəyal edir, lakin ispan mütəxəssisin seçimi tamamilə qeyri-mümkün hesab olunur.

Xatırladaq ki, Yurgen Klopp cari mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq məşqçilik üçün enerjisinin qalmadığını açıqlayıb. Klopp 2015-ci ildən "Liverpul" klubunu çalışdırır. Alman mütəxəssisin rəhbərliyi altında İngiltərə klubu yeddi kubok qazanıb. Bundan əvvəl Xavi də mövsümün sonunda Kataloniya klubunu tərk etmək qərarını açıqlamışdı.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə