- İspaniya L.L.
- 22:56 22.11.2024
Xavinin "Barselona"dan ayrılmasından sonra klub rəhbərliyi "yeni layihə" planlaşdırır.
90deqiqe.az xəbər verir ki, layihə planına əsasən, 6 futbolçu əməkhaqqını yüngülləşdirmək və satışdan pul qazanmaq üçün komandanı tərk edə bilər.
Belə ki, "Barselona" Markos Alonso, Rafinya, Ronald Araujo, Andreas Kristensen və Jül Kounde ilə ayrılmağı planlaşdırır.
İspanyalı Alonso "Barselona"da bu mövsüm 7 matçda iştirak edib.33 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi bu ilin yayına qədər qüvvədədir.
Rafinya kataloniyalılarda 20 oyunda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.Futbolçunun La Liqa klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının yayına qədər nəzərdə tutulub..
Araujo 2018-ci ildən "Barselona"da çıxış edir. Bu mövsüm müdafiəçi "blaugrana"nın heyətində bütün turnirlərdə 20 oyunda iştirak edib və bir qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.
Danimarkalı Andreas kataloniyalılarda 26 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.Futbolçunun La Liqa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının yayına qədər nəzərdə tutulub..
25 yaşlı Kundenin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.O, bu mövsüm komandanın heyətinə 29 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.