27 iyul 2024. Şənbə

"Mən heç vaxt Rafinyanı "Barselona"ya təklif etməmişəm"

"Barselona"nın idman direktoru Deko cinah hücumçusu Rafinyanın komandaya transferinin təfərrüatları barədə danışıb. 


"Mən heç vaxt Rafinyanı "Barselona"ya təklif etməmişəm"

"Barselona"nın idman direktoru Deko cinah hücumçusu Rafinyanın komandaya transferinin təfərrüatları barədə danışıb. 

90deqiqe.az xəbər verir ki, o, braziliyalı forvardla bağlı bunları deyib.

"Çelsi" və "Arsenal" Rafinyanı transfer etmək istəyirdi. Hər iki klub “Barselona”dan qat-qat çox təklif edirdi. Məndən Rafinya haqqında soruşan ilk şəxs Jordi Kroyff (Barselonanın keçmiş idman direktoru - Çempionatın qeydi) olub. Mən heç vaxt müştərimin xidmətlərini "Barselona"ya təklif etməmişəm”

Xatırladaq ki, funksioner İspaniya klubunda vəzifə almazdan əvvəl braziliyalı hücumameyilli futbolçunun maraqlarını təmsil edirdi.

Rafinya 2022-ci ilin yayında 58 milyon avroya "Lids"dən "Barselona"ya keçib.Bu mövsüm cinah oyunçusu "Blaugrana"nın heyətində bütün turnirlərdə 20 oyun keçirib və 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun ispan klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda