- İspaniya L.L.
- 22:56 22.11.2024
La Liqanın prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin yayda azad agent kimi "Real Madrid"ə keçməyə yaxın olması ilə bağlı şayiələrə münasibət bildirib.
90deqiqe.az xəbər verir ki, funksioner, fransız forvardın keçəcəyinə inandığını bildirib.
“Mbappenin Madridə transfer faizini hər gün 2% artırıram. Bunun üçün 50% verirdim. İndi 55-60 faizdir.
Məndən soruşsaydı, ona deyərdim ki, o, hazırda malik olduğundan daha əhəmiyyətli bir marka axtarmalıdır. PSJ hələ "Real Madrid"in sahib olduğu qlobal brendə sahib deyil. , təkcə bu günü deyil, həm də bu brendin ona gələcəkdə nələr gətirə biləcəyini düşünməlidir. Sadəcə Messi və Kriştianonun yoluna baxmaq lazımdır”, – Mundo Deportivo Tebasın sözlərini sitat gətirir.
Qeyd edək ki, Mbappe 2018-ci ilin iyulunda PSJ-yə keçib. Transfer məbləği 180 milyon avro olub.Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Real Madrid fransalı futbolçunu azad agent kimi almağı planlaşdırır. Bu mövsüm Kilian bütün yarışlar da daxil olmaqla 29 oyunda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.