- İspaniya L.L.
- 22:56 22.11.2024
Bu yay "Real Madrid"ə keçəcək "Palmeyras"ın mərkəz hücumçusu Endrik hansı forma nömrəsini bəyəndiyini açıqlayıb.
90deqiqe.az xəbər verir ki, 17 yaşlı forvard "77" nömrənin ən çox bəyəndiyi forma nömrəsi olduğunu və bu nömrənin daha çox diqqət çəkdiyini bildirib.
“Mənim sevimli nömrəm 77-dir. Mən NBA və FIFA Pro Klublarını oynayan zaman video oyunlarda istifadə etdiyim rəqəmdir. Bu rəqəm çox diqqət çəkir, çünki Kriştiano Ronaldo 7 geyinirdi və mən də 77 geyinən Luka Doncici çox sevirəm, bu yüksək rəqəmdir. Mən ona baxıram və onu çox bəyənirəm”, - Madrid Xtra Plakara istinadən Endrikdən sitat gətirir.
Xatırladaq ki, Endrik ötən mövsüm bütün turnirlərdə 53 matçda iştirak edib, 14 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.