8 sentyabr 2024. Bazar günü

Kroos karyerasını başa vurur? - Aneçlotti açıqladı


Kroos karyerasını başa vurur? - Aneçlotti açıqladı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının yarımmüdafiəçisi Toni Kroosun gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, italyan çalışdırıcı 34 yaşlı oyunçunun mövsümün sonunda karyerasını başa vura biləcəyini bildirib.

“Kroosun dörd aydan sonra təqaüdə çıxması ilə bağlı nə düşünürəm? Əgər o, bunu edirsə, onda mütləq xarakter, cəsarət var”.

Kroos 2014-cü ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində alman futbolçu Madrid ilə 21 kubok, o cümlədən dörd UEFA Çempionlar Liqası kuboku qazanıb.

Bu mövsüm yarımmüdafiəçi Los Blancos üçün bütün turnirlərdə 30 oyun keçirib, bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 14 milyon avrodur.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq