- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Frenkie de Yonq komandanın üç ay əvvəl futbolçuya göndərdiyi əmək müqaviləsini 2029-cu ilə qədər uzatmaq təklifinə cavab verməyib.
90deqiqe.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi klubun çətin maliyyə vəziyyətinə baxmayaraq, 26 yaşlı yarımmüdafiəçinin maaşını azaltmayan müqavilə təklif edib.
Xatırladaq ki, de Yonqun hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bu mövsüm niderlandlı futbolçu bütün turnirlərdə 22 qarşılaşmada iştirak edib və bir qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.