8 sentyabr 2024. Bazar günü

Ançelottidən Toni Kroos açıqlaması

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçisi Toni Kroosla müqavilənin mümkün uzadılması ilə bağlı açıqlama verib.


Ançelottidən Toni Kroos açıqlaması

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçisi Toni Kroosla müqavilənin mümkün uzadılması ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, italyan mütəxəssis almaniyalının Los Blankos düşərgəsində gələcəyinin futbolçunun öz qərarından asılı olduğunu bildirib.

“Yalnız o qərar verir. Tonidən asılıdır. O, doğru zamanda və ən yaxşı şəkildə qərar verəcək, bundan əminəm” - deyə, Ançelotti qeyd edib.

Xatırladaq ki, Toni Kroos 2014-cü ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində alman futbolçu Madrid ilə 21 kubok, o cümlədən dörd UEFA Çempionlar Liqası kuboku qazanıb. Bu mövsüm yarımmüdafiəçi Los Blancos üçün bütün turnirlərdə 30 oyun keçirib, bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt portalı alman futbolçunun bazar dəyərini 14 milyon avro olaraq qiymətləndirir.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq