8 sentyabr 2024. Bazar günü

"Jirona" ilə oyunu buraxacaq


"Jirona" ilə oyunu buraxacaq

"Real"ın müdafiəçisi Antonio Rüdiger La Liqanın 24-cü turunun "Jirona" ilə oyunu öncəsi sıradan çıxıb.

90deqiqe.az xəbər verir ki, alman oyunçuda budunun əzələləri zədələnib.

İspaniya mətbuatının yazdığına görə, 30 yaşlı müdafiəçi ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Real Madrid" - "Jirona" matçı bu gün  Moskva vaxtı ilə saat 20:30-da başlayacaq. Oyun Madriddə, "Santyaqo Bernabeu"da keçiriləcək.

2023/2024 mövsümü üçün İspaniya çempionatının turnir cədvəlinə "Real Madrid" başçılıq edir. Komanda 23 oyunda 58 xal toplayıb. “Jirona” 56 xalla ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüdiger “Çelsi”dən azad agent kimi müqavilə bağladığı 2022-ci ilin yayından “Kral Klubunda” oynayır.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq