30 iyun 2026. Çərşənbə axşamı

Xavi "Barselona"dan ayrılmaq qərarını dəyişib?

"Barselona"nın baş məşqçisi Xavi cari mövsüm başa çatdıqdan sonra istənilən halda yayda klubu tərk edəcəyini açıqlayıb.


Xavi "Barselona"dan ayrılmaq qərarını dəyişib?

"Barselona"nın baş məşqçisi Xavi cari mövsüm başa çatdıqdan sonra istənilən halda yayda klubu tərk edəcəyini açıqlayıb.

90deqiqe.az xəbər verir ki, ispan çalışdırıcı qərarında heç bir dəyişikliyin olmadığını bildirib.

“Düşünürəm ki, mən bunu aydınlaşdırdım: mən heç nəyi dəyişməyəcəyəm, diqqətimi gündəlik işə cəmləmişəm. Qərar düzgün idi, düşünürəm ki, klubda dinamika və istiqamət dəyişikliyi lazım idi. Komandanın reaksiyasını görərək, bunun yaxşı qərar olduğuna inanıram”

Xatırladaq ki, Xavi 2021-ci il noyabrın 6-da “Barselona”nın baş məşqçisi olub. Bu müddət ərzində 44 yaşlı mütəxəssis kataloniyalılarla iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb. Bu ilin yanvarında Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"