- İspaniya L.L.
- 22:43 18.01.2025
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın futbolçusu Cud Bellinqhemlə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı ingilis futbolçu ilə Zinəddin Zidanı müqayisə edib.
“Zidan və Bellinqhem? Onlar eynidir. Onların inanılmaz keyfiyyəti var. Zidan texniki cəhətdən parlaq idi, Bellinqhem qutuda etdiyi işdə inanılmaz idi. Bunu çox az adam edə bilər”, - klubun mətbuat xidməti Ançelottidən sitat gətirir.
Xatırladaq ki, Bellinqhem ötən ilin iyulunda Dortmund Borussiyasından 103 milyon avroya Real Madridə keçmişdi.Transfermarkt internet portalının məlumatına görə, oyunçunun təxmini dəyəri 180 milyon avrodur.Bu mövsüm Bellinqhem bütün turnirlərdə çıxış edib. Los Blancos 28 matçda 20 qol vurdu və 8 məhsuldar ötürmə etdi.