22 mart 2026. Bazar günü

Ançelotti Mbappenin "Real"a mümkün keçidindən danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappenin  mümkün transferi ilə bağlı açıqlama verib.


Ançelotti Mbappenin "Real"a mümkün keçidindən danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappenin  mümkün transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı hazırda bununla bağlı danışmamağı üstün tutduğunu bildirib.

“Sən məndən başqa komandada oynayan oyunçu haqqında soruşursan. Bizdə artıq dünyanın ən yaxşı oyunçuları var. Sıra ilə: Vinisius Junior - birinci, Bellinqhem - ikinci, Rodriqo - üçüncü. Sonra Kroos, Valverde, Camavinga...”

Xatırladaq ki, Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrıla biləcəyi daha əvvəl xəbər verilmişdi. Real Madrid futbolçuya əsas namizəd hesab olunur. Fransız futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalı Mbappenin bazar dəyərini 180 milyon avro qiymətləndirir.







İspaniya L.L.

 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi