27 iyul 2024. Şənbə

"Ançelotti, həmişə mənə inanır" - Rodriqo


"Ançelotti, həmişə mənə inanır" - Rodriqo

"Real Madrid"in cinah yarımmüdafiəçisi Rodriqo Qoes baş məşqçi Karlo Ançelotti barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı forvard təcrübəli çalışdırıcıyla birlikdə çalışmasını belə şərh edib.

“Əsas matç idi. Biz bilirik ki, qalib gəlmək həmişə vacibdir, lakin bu görüş daha əlamətdar oldu. Hər şey yaxşı keçdi və qələbəyə sevindik. Məşqçi heç vaxt mənimlə hədəflərdən danışmır, çünki o, mənə, mən də ona güvənirəm. Bəzən ən yaxşı anlarımız olmur, amma dəstəyinə görə ona təşəkkür etmək istəyirəm, çünki o, hər zaman yanımdadır. Bu gün o, mənə daha bir şans verdi və mən qol vurdum, bu da məni indi sevindirir”, - Rodriqonun sözlərini Mundo Deportivo sitat gətirir.

Xatırladaq ki, bu mövsüm Rodriqo bütün turnirlərdə 34 matçda iştirak edib və 13 qol vurub və 7 məhsuldar ötürmə edib. "Real Madrid" La Liqanın 24-cü tur çərçivəsində evdə “Jirona”nı 4:0 hesabı ilə məğlub etdiyi görüşdə braziliyalı futbolçu fərqlənməyi bacarıb.







İspaniya L.L.

Ansu Fati sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:36 24.07.2024
Ansu Fati sıradan çıxdı
Flikdən Levandovski haqda
  • İspaniya L.L.
  • 12:53 23.07.2024
Flikdən Levandovski haqda