- İspaniya L.L.
- 10:15 12.10.2024
"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsindən kənarlaşdırılacağı təqdirdə postunu vaxtından əvvəl tərk edə bilər.
90deqiqe.Az xəbər verir ki, prezident Joan Laporta və idman direktoru Dekonun başçılıq etdiyi klub rəhbərliyi ispan mütəxəssisin iş üsullarına şübhə etməyə başlayıb. "Napoli" ilə görüşdə uğursuz nəticə alınacağı təqdirdə mavi qranatın bossları Xavi ilə əmək müqaviləsini vaxtından əvvəl poza bilər.
Xatırladaq ki, Xavi daha əvvəl 2023/2024 mövsümünün sonunda komandadan ayrılacağını açıqlamışdı. Mütəxəssis katalonlara 2021-ci ilin noyabrından başçılıq edir. Onun rəhbərliyi altında komanda İspaniya çempionatının (2022/2023), eləcə də ölkə Superkubokunun (2022/2023) qalibi olub.
"Barselona" hazırda İspaniya La Liqasının turnir cədvəlində 3-cü yerdədir. Xavinin komandası 24 turda 51 xal toplayıb, lider Real Madriddən 10 xal geri qalır.