- İspaniya L.L.
- 21:47 14.03.2025
"Real"ın yarımmüdafiəçisi Toni Kroos bu ilin yayında başa çatacaq müqaviləsi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, alman oyunçu hazırda bu barədə düşünmədiyini bildirib.
"Bundan sonra nə olacağını bilmirəm. Artıq bu barədə düşünmüşəm, amma hələ qərar verməmişəm".
Xatırladaq ki, Toni Kroos 2014-cü ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində alman futbolçu Madrid ilə 21 kubok, o cümlədən dörd UEFA Çempionlar Liqası kuboku qazanıb. Bu mövsüm yarımmüdafiəçi Los Blancos üçün bütün turnirlərdə 31oyun keçirib, bir qol vurub və yeddi məhsuldar ötürmə edib Transfermarkt portalı alman futbolçunun bazar dəyərini 14 milyon avro olaraq qiymətləndirir.