23 oktyabr 2024. Çərşənbə

Zidan Mbappenin transferi haqda nə dedi?


Zidan Mbappenin transferi haqda nə dedi?

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki,  fransız çalışdırıcı hər şeyi birlikdə görəcəyimizi bildirib.

“Bu barədə çox danışılır, çoxlu hekayələr və şayiələr var, amma reallıq odur ki, nə baş verəcəyini hələ bilmirik. Nə olacağını görəcəyik”, – jurnalist Fabrizio Romano "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində Zidandan sitat gətirir.

Fransız futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” onlayn portalı Mbappenin bazar dəyərini 180 milyon avro qiymətləndirir.Fransız futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı