- İspaniya L.L.
- 21:16 17.12.2025
"Real"ın yarımmüdafiəçisi Orelyen Tçuameni Çempionlar Liqasında "Leipsiq"lə oyundan (1:0) sonra fransalı komanda yoldaşı Kilian Mbappenin klubuna mümkün transferi ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu yaxın vaxtlarda bununla bağlı xəbərin olacağını bildirib.
“Mbappenin Real Madridə transferi? Yox, bu barədə mənə heç nə demədi. Amma bilsəm də sizinlə paylaşmazdım. Biz bu barədə paltardəyişmə otağında danışırıq, çünki bu, vacib məsələdir. Ümid edirik ki, yaxın həftələrdə vəziyyət daha da aydınlaşacaq”
Fransız forvard 2018-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” onlayn portalı Mbappenin bazar dəyərini 180 milyon avro qiymətləndirir.Fransız futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.