18 oktyabr 2024. Cümə

"Barselona" Kundeni bu yay satmağı planlaşdırır

Mundo Deportivo xəbər verir ki, "Barselona"nın mərkəz müdafiəçisi Jules Kounde yayda komandanı tərk edə bilər.


"Barselona" Kundeni bu yay satmağı planlaşdırır

"Barselona"nın mərkəz müdafiəçisi Jules Kunde yayda komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, Kataloniya rəhbərliyi müdafiə xəttinin yaxşı təchiz olunduğuna inandıqları üçün 25 yaşlı futbolçu ilə ayrılmağa hazırdır.

Klub Ronald Arauxo, İniqo Martinez, Andreas Kristensen və gənc Pau Kubrasiyə güvənir. Qeyd olunur ki, mavi qranatlar yalnız fransız müdafiəçini yalnız yaxşı pul qarşılığında satmağı düşünəcəklər.

Kounde 2022-ci ilin yayında 50 milyon avroya "Sevilya"dan "Barselona"ya keçib.Bu mövsüm müdafiəçi "Blaugrana"nın heyətində bütün yarışlarda 30 oyun keçirib və iki qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun ispan klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.







İspaniya L.L.

“Barselona” hədəfindən vaz keçdi
  • İspaniya L.L.
  • 23:30 17.10.2024
“Barselona” hədəfindən vaz keçdi
"Real"ın ulduzu karyerasını başa vurur?
  • İspaniya L.L.
  • 14:05 14.10.2024
"Real"ın ulduzu karyerasını başa vurur?