8 sentyabr 2024. Bazar günü

De Yonq "Barselona"dan ayrılır? - Xavi açıqladı


De Yonq  "Barselona"dan ayrılır? - Xavi açıqladı

"Barselona"nın baş məşqçisi Xavi yarımmüdafiəçisi Frenkie de Yonqun gələn yay satıla biləcəyi ilə bağlı şayiələrə cavab verib.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı hazırda bu barədə düşünmədiklərini və diqqətlərinin La Liqa və Çempionlar Liqasında olduğunu bildirib.

“Frenki bizim üçün çox vacib oyunçudur və o, klubda rahatdır. İndi bu barədə danışmağın vaxtı deyil. Mövsümün sonuna dörd ay qalıb və onun gedişi ilə bağlı heç bir məlumat vermirik. Fikirlərimiz La Liqa və Çempionlar Liqasına yönəlib”, – Xavinin sözlərini “Mundo Deportivo” sitat gətirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Barselona”nın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün bu yay de Yonqu sata biləcəyi barədə məlumatlar yayılmışdı.

Bu mövsüm de Yonq bütün turnirlərdə 23 matçda iştirak edib və bir qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.







İspaniya L.L.

İsko əməliyyat olundu
  • İspaniya L.L.
  • 13:22 07.09.2024
İsko əməliyyat olundu
Fati "Jirona"ya qarşı oynaya bilər
  • İspaniya L.L.
  • 20:30 06.09.2024
Fati "Jirona"ya qarşı oynaya bilər
İsko yenidən əməliyyat olunacaq
  • İspaniya L.L.
  • 21:18 04.09.2024
İsko yenidən əməliyyat olunacaq