- İspaniya L.L.
- 23:16 18.02.2025
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin az oyun müddəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı türk futbolçunun rəqabətə hazır olmalı olduğunu bildirib.
“Gülərlə hər şey qaydasındadır, oynaya bilir. Arda yüksək səviyyədədir və indi digər oyunçularımızla rəqabət aparmalı olacaq. Səbirli olmalıdır”, - Ançelotti “Mundo Deportivo”ya istinadən xəbər verir.
Xatırladaq ki, Gülər bu mövsüm bütün turnirlərdə 4 matçda iştirak edib, heç bir effektli olmayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Daha əvvəl mətbuatda 18 yaşlı Arda Gülərin yay transfer pəncərəsində icarəyə verilə biləcəyi ilə bağlı məlumat yayılmışdı.