- İspaniya L.L.
- 21:16 17.12.2025
PSJ-nin idman direktoru Luis Kampos "Real"da işləyə bilər.
90deqiqe.Az “Foot Mercato”ya istinadən məlumatına görə, Madrid klubu hazırda parislilərin idman direktoru vəzifəsini daşıyan Luis Kamposu dəvət etmək imkanını müzakirə edir.
İki il əvvəl “Real” artıq Joze Mourinyonun rəhbərliyi altında klubda çalışmış meneceri geri qaytarmağı düşünsə də sonradan bu fikirdən daşınmışdı. İndi onun namizədliyi yenidən daxili müzakirə mövzusuna çevrilib.
Belə bir keçid “olduqca real” adlanır, baxmayaraq ki, indiyədək tərəflər bu istiqamətdə konkret addımlar atmayıblar.
Qeyd edək ki, Kampos 2022-ci ilin yayından PSJ ilə işləyir.
Xatırladaq ki, PSJ-nin hücumçusu Kilian Mbappenin də "Real"a keçəcəyi gözlənilir.