- İspaniya L.L.
- 21:16 17.12.2025
Uruqvaylı hücumçu Luis Suares "Liverpul"dan "Barselona"ya deyil, "Real Madrid"ə keçə biləcəyini etiraf edib.
90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı forvard milli komanda forması ilə İtaliya yığmasının üzvü Kyellinini çiynindən dişlədiyi üçün Madrid klubunun bu transferdən imtina etdiyini bildirib.
“2014-cü il dünya çempionatından əvvəl “Real Madrid” məni transfer etmək istəyirdi və hər şey yaxşı getdi. Benzemanı "Arsenal"a satmağı düşünürdülər, bunun üçün hər şey hazırlanmışdı.
Ancaq dünya çempionatı başlayanda "Barselona" yarışa girdi və açıq-aydın mən "Barselona"ya üstünlük verdim. Dişləmə ilə bağlı vəziyyətə görə "Real Madrid"in marağı azaldı, "Barsa" isə əksinə daha çox maraq göstərdi (Uruqvay millisinin İtaliya ilə matçında Suares italyan müdafiəçi Corci Kyellinini çiynindən dişləyin ). Sonda qarşımda iki seçim qaldı və mən “Barselona”nı seçdim, çünki bu klubda oynamaq mənim arzum idi”
Xatırladaq ki, Suares 2014-2020-ci illərdə Kataloniya klubunda çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 283 matçda iştirak edib, 195 qol vurub, 113 məhsuldar ötürmə edib.