23 oktyabr 2024. Çərşənbə

"Messi dünyanın ən yaxşı oyunçusudur" - Arauxo

"Barselona"nın müdafiəçisi Ronald Arauxo keçmiş komanda yoldaşı Lionel Messinin oyunu haqda fikirlərini bölüşüb. 


"Messi dünyanın ən yaxşı oyunçusudur" - Arauxo

"Barselona"nın müdafiəçisi Ronald Arauxo keçmiş komanda yoldaşı Lionel Messinin oyunu haqda fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, uruqvaylı oyunçu superulduzu dünyanın ən yaxşı oyunçusu olduğunu bildirib.

“Barsa"ya gələndə məni çox yaxşı qarşıladılar. Soyunub-geyinmə otağındakı bütün ulduzlar bir az qorxulu idi, amma özümü onlarla bərabər hiss edirdim.Messi ilə mən birlikdə mate içdik. Onun komandada olması üçün darıxıram. Leo dünyanın ən yaxşı oyunçusudur və matçların nəticəsini həll edir. O, oyunu ilə hər kəsi  heyran edir, o, əsl kapitandır”- deyə Marca Araujodan sitat gətirir.

Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. Bu mövsüm forvard bütün turnirlərdə 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı