5 fevral 2025. Çərşənbə

"Fərqli bir matç idi" - Karlo Ançelotti


"Fərqli bir matç idi" -  Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının "Rayo Valyekano" ilə heç-heçə (1:1) oyununu dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, italyan çalışdırıcı La Liqanı qazanmaq üçün qalib gələ bilməyəcəyin matçları uduzmamaq lazım olduğunu bildirib.

"Matça yaxşı başlamadıq, amma bu çox çəkmədi. Sonra qol vurduq və yenidən qol vura bilərdik. Penaltiyə qədər yaxşı oynadıq, sonra hər şey dəyişdi. Çoxlu duellərlə və fərqli matç oldu. İdeya axtarmaq asan deyildi.Biz heç-heçəyə sevinmirik.Dördüncü hakimlə Karvaxala verilən qırmızı vərəqə ilə bağlı danışmadım. Mənə izah etdilər ki, hər vuruş kartla cəzalandırılmır. Düşünürəm ki, hakimlik yaxşı idi.Tənqid gözləyirəmmi? Buna necə cavab verməliyəm? Burada hər oyunda qalib gəlməliyik. Amma La Liqanı qazanmaq üçün qalib gələ bilməyəcəyin matçları uduzmamalısan. Düşünürəm ki, bu, çempionluq üçün vacib addımdır”, - deyə məşqçi bildirib.

"Real" La Liqada birinci yerdə qalıb. İkinci "Jirona", üçüncü "Barselona"dır.







İspaniya L.L.

Frenkie de Yonqa ikiqat maaş təklifi
  • İspaniya L.L.
  • 13:07 05.02.2025
Frenkie de Yonqa ikiqat maaş təklifi
Yenidən sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:57 04.02.2025
Yenidən sıradan çıxdı
"Barselona" onu göndərmək istəmir
  • İspaniya L.L.
  • 00:18 04.02.2025
"Barselona" onu göndərmək istəmir