30 iyun 2026. Çərşənbə axşamı

Messi Lamine Yamal haqda danışdı


Messi Lamine Yamal haqda danışdı

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Barselona”nın 16 yaşlı futbolçusu Lamin Yamalın çıxışları ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ulduz futbolçu gənc istedadlı futbolçunun oyununa heyran olduğunu bildirib.

"İnsanlar Lamini bir neçə ay əvvəl tanımağa başladılar, amma mən onu 6 ildir ki, La Masiada Madridə qarşı çıxış edəndə və həmin görüşdə 3 qol vuranda tanıdım. Onun bu qolları necə dəqiq vurduğuna da heyran oldum" - deyə Messi X sosial şəbəkəsində (keçmiş Twitter) Xavi Era hesabından sitat gətirib.

Yamal kataloniyalıların yetirməsidir və 2023-cü ilin yayında "Barselona"nın əsas komandasına qoşulub. Bu mövsüm 16 yaşlı futbolçu "Blauqrana"nın heyətində bütün yarışlarda 34 oyun keçirib, o, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun bazar dəyəri 60 milyon avrodur.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"