- İspaniya L.L.
- 23:59 25.12.2024
Fransanın idman naziri Ameli Oudea-Kastera PSJ-nin hücumçusu Kilian Mbappenin cari mövsümün sonunda komandanı tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, nazir, fansız forvarda uğurlar arzulamağın lazım olduğunu vurğulayıb.
“Aydındır ki, nəsə baş verir. İlk növbədə, onun bu çempionata gətirdiyi gözəl şeyləri xatırlamaq lazımdır. O, Liqa 1-də son illərin ən görkəmli qəhrəmanlarından biri olub.Məncə, ona karyerasında uğurlar arzulamalıyıq.Onu da unutmaq olmaz ki, o, 2024-cü il üçün böyük perspektivləri olan bir komandanın kapitanı olaraq qalır. Mən təkcə Avropa çempionatını deyil, həm də Olimpiya Oyunları haqqında düşünürəm. Biz şanslıyıq ki, belə böyük insan və oyunçu var”, - RMC Sport Udea-Kasterin sözlərindən sitat gətirir.
Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin artıq “Real Madrid”lə 5 illik müqavilə imzaladığı haqda məlumat yayılmışdı.