- İspaniya L.L.
- 22:56 22.11.2024
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa uşaqlıqda Los Blankosa azarkeşlik etdiyini etiraf edib.
90deqiqe.Az xəbər verir ki, fransalı oyunçu uşaqikən ancaq Madrid klubu haqqında düşündüyünü bildirib.
“Uşaq olanda həmişə "Real Madrid" haqqında düşünürsən. Hər yerdə azarkeşlər var və Fransa futbolsevər ölkədir”
Xatırladaq ki, 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 28 matçda meydana çıxıb və iki məhsuldar ötürmə edib. 25 turun nəticələrinə görə, Karlo Ançelottinin yetirmələri 62 xalla İspaniya çempionatının turnir cədvəlində zirvədədir. Fevralın 25-də “Real” doğma meydanda “Sevilya”nı qəbul edəcək.