- İspaniya L.L.
- 22:56 22.11.2024
"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında oynamaq istədiyini etiraf edib.
90deqiqe.Az xəbər verir ki, fransız futbolçu, Olimpiyada çıxış etmək üçün hər şeyini verəcəyini bildirib.
“Olimpiadada oynamaq üçün hər şeyi edəcəyəm. Parisdə Oyunlara ev sahibliyi etmək müstəsna bir şeydir”
Olimpiadanın qaydalarına əsasən, komandaların siyahıları yaşı 23-dən yuxarı olmayan oyunçulardan formalaşır, lakin bu yaşdan yuxarı üç oyunçu daxil ola bilər. Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Oyundan əlavə, Qrizmann iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatında da çıxış etməli olacaq. Bu turnirlərdən əlavə, Qrizmann “Atletiko”nun tərkibində Çempionlar Liqasında da iştirak edir. İspaniya klubu 1/8 final mərhələsinin ilk oyununda "İnter"ə uduzub (0:1). 32 yaşlı forvard bir mövsümdə üç beynəlxalq turnirdə çıxış edə bilər.